Məhkumluq haqqında arayışın verilməsinə dair
Şəxslərə məhkumluğun olması (olmaması) barədə arayışların verilməsinə dair

Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.

Müvafiq arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

  1. Vətəndaşın ərizəsi (Ərizədə. ərizəçinin soyadı, adı, atasının adı,doğulduğu yer, tarix, vətəndaşlığı və yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və orqan qeyd olunmalıdır);
  2. Ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti (pasport, şəxsiyyət vəsiqəsi);
  3. Sənədlərin sorğu əsasında alınmasına görə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz.

Qeyd 1. Hər bir şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.