Səfirin tərcümeyi - halı

Tamerlan Elmar oğlu QARAYEV

TƏRCÜMEYİ-HAL
30 yanvar 1952 doğulduğu il, Qasımlı kəndi, Ağdam rayonu, Azərbaycan
Təhsil:
1973 Hüquq fakültəsi, Azərbaycan Dövlət Universiteti
1980  Aspirantura, Azərbaycan Elmlər Akademiyası,Fəlsəfə və hüquq institutu
1981  Hüquq elmləri namizədi (Moskva)
1993  Hüquq elmləri doktoru, dosent (Moskva)
Əmək fəaliyyəti:
1973-1978 İttihamçı, İstintaq şöbəsi, Bakı şəhər prokurorluğu
1978-1991 Dekan müavini, Hüquq fakültəsi,Azərbaycan Dövlət Universiteti
1990-1991 Deputat, Azərbaycan Respublikası Ali Soveti
1991-1992 Sədrin müavini, Azərbaycan Respublikası Ali Soveti
1992-1993 Sədrin birinci müavini, Azərbaycan Respublikası Milli Məclisi
1993 Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi verilmişdir
1993-2001 Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri
2001-2004  Direktor, Beynəlxalq Konsaltinq Şirkəti
2004-2011 Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri
2006-2011 Eyni zamanda Azərbaycan Respublikasının Nepal Federativ 
Demokratik  Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri
2006-2011 Eyni zamanda Azərbaycan Respublikasının Şri Lanka Sosialist  Demokratik Respublikasındakı
Fövqəladə və Səlahiyyətli Səfiri
2006-2011  Eyni zamanda Azərbaycan Respublikasının Banqladeş Xalq Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri
2007-2011 Eyni zamanda Azərbaycan Respublikasının Maldiv  Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri
2011-2018 Azərbaycan Respublikasının İndoneziya  Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri
2011-2018  Eyni zamanda Azərbaycan Respublikasının Cənubi-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında Daimi Nümayəndəsi
2012-2018 Eyni zamanda Azərbaycan Respublikasının Sinqapur Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri
2013-2018  Eyni zamanda Azərbaycan Respublikasının Filippin  Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri
2013-2018   Eyni zamanda Azərbaycan Respublikasının Timor-Leste Demokratik Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri
İctimai fəaliyyət 
1988  Azərbaycanda milli azadlıq hərəkatının iştirakçısı
1988-1992 Azərbaycan Xalq Cəbhəsinin üzvü
1990-1992 Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinin sədri
1991  Azərbaycan Respublikasının dövlət müstəqilliyi aktının lehinə səs vermişdir
1991 Litva Respublikasının dövlət müstəqilliyinin tanınması haqqında Qərarı Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası adından imzalamışdır
Dillər  Azərbaycan (doğma), ingilis, rus, türk
Ailə vəziyyəti Evlidir, iki övladı var