2017-05-15
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir

2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları (qeyri rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) — 2017-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutacaqdır. 2017 İslam Həmrəyliyi Oyunlarının 12-22 may tarixləri arasında baş tutması nəzərdə tutulub. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub. 2014-cü ildə 24 iyul tarixində Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyası baş tutmuşdur. Assambleya çərçivəsində "Bakı 2017" namizədlik kitabının təqdimatı olmuş və daha sonra assambleyda səs vermə baş tutdu və tam yekdilliklə Azərbaycan 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını ev sahibliyi etmək hüququ qazanmışdı. 

2015-ci ildə 7 aprel tarixində IV İslam Həmrəyliyi Oyunları barəsində müqavilə imzalandı. İmzalanan müqaviləyə əsasən IV-cü İslam Həmrəyliyi Oyunlarının proqramına 20 idman növü, o cümlədən Azərbaycanın milli idman növü olan zorxana əlavə olundu.

növbəti xəbər əvvəlki xəbər