2018-04-12
Svetlana Miseviçiene: Vilnüsdəki səfirlikdə vətəndaşların öz iradələrini sərbəst ifadə etmələri üçün hər cür şərait yaradılıb

Yerli vaxtla saat 15:00-da Vilnüsdə 2 saylı Yasamal on altıncı seçki dairəsinin 38 saylı seçki məntəqəsində Kaunas və Klaypedadan seçicilərin 64 faizi səs verib.

Azərbaycanın Litvadakı səfirliyinin təşkilati dəstəyi ilə “LABNET” kommunikasiya şirkəti həmvətənlərimizin mobil telefonlarına sms-bildirişlər göndərib.

Litvanın Baş Seçki Komissiyası sədrinin müavini Svetlana Miseviçiene və komissiyanın üzvü Aiste Jilinskiene Vilnüsdəki seçki məntəqəsində olublar. Qonaqlar səfirlikdə yaradılmış şəraitlə tanış olublar.

Svetlana Miseviçiene AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, səfirlikdə seçki prosesi yüksək səviyyədə təşkil edilib, vətəndaşların öz iradələrini azad və şəffaf şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb.

növbəti xəbər əvvəlki xəbər