Konsul leqallaşdırması sәnәdlәrdәki vә aktlardakı imzaların hәqiqiliyini vә bu sәnәd vә aktların konsulluğun yerlәşdiyi dövlәtin qanunlarına uyğun olmasını müәyyәnlәşdirmәk vә tәsdiq etmәkdәn ibarәtdir.
Leqallaşdırma sәnәdlәrin vә aktların beynәlxalq alәmdә hüquqi qüvvәsini tәsdiqlәyir.
Azәrbaycan Respublikasının Konsul nizamnamәsinin 54-cü maddәsinә uyğun olaraq Azәrbaycan Respublikasının konsuluna sәnәd vә aktların leqallaşdırılması üzrә funksiyalar hәvalә edilir.
Konsul leqallaşdırması üzrә funksiyalar:
-
xarici ölkәlәrdә - Azәrbaycan Respublikasının konsulluqları,
-
Azәrbaycan Respublikasında - Azәrbaycan Respublikası Xariçi İşlәr Nazirliyinin Konsulluq İdarәsi tәrәfindәn hәyata keçirilir.
Xarici dövlәtlәrin idarәlәrinә, tәşkilatlarına, fiziki vә hüquqi şәxslәrinә mәxsus sәnәdlәr vә aktlar, Azәrbaycan Respublikasının qanunvericiliyindә vә ya Azәrbaycan Respublikasının vә bu sәnәdlәri tәrtib edәn idarә vә tәşkilatların mәnsub olduğu dövlәtin iştirak etdiyi beynәlxalq müqavilәlәrdә digәr hallar nәzәrdә tutulmamışdırsa, yalnız konsul leqallaşdırmasından sonra Azәrbaycan Respublikasının idarә vә tәşkilatları tәrәfindәn baxılmaq üçün qәbul edilir.
Hüquqi yardım haqqında Azәrbaycan Respublikasının iştirak etdiyi beynәlxalq müqavilәlәrә әsasәn bu müqavilәlәrә üzv olan xarici dövlәtlәrin idarә vә tәşkilatlarının sәnәdlәri vә aktları leqallaşdırılmadan Azәrbaycan Respublikası әrazisindә baxılması üçün qәbul edilir.
Azәrbaycan Respublikasının qanunvericiliyinә zidd olan vә ya mәzmununa görә Azәrbaycan Respublikasının mәnafeyinә yaxud da Azәrbaycan Respublikasının vәtәndaşlarının şәrәf vә lәyaqәtinә xәlәl gәtirәn aktlar vә sәnәdlәr leqallaşdırılmır.
-
Aşağıdakı sәnәdlәrin әsillәri vә surәtlәri leqallaşdırılmır:
-
Azәrbaycan Respublikası vәtәndaşlarının şәxsiyyәt vәsiqәsi, partiya mәnsubiyyәtinә aid sәnәdlәr, hәmkarlar ittifaqlarının biletlәri, әmәk kitabçaları, hәrbi biletlәr, xasiyyәtnamәlәr, mәhkum olunma barәdә sәnәdlәr.
Azәrbaycan Respublikasının konsulluqları tәrәfindәn sәnәdlәrin vә aktların leqallaşdırılması
-
Konsul, konsulluq dairәsinin hakimiyyәt orqanlarının iştirakı ilә tәrtib edilmiş vә ya bu orqanlardan daxil olmuş sәnәd vә aktları leqallaşdırır.
-
Konsulda konsulluğun yerlәşdiyi dövlәtin idarә və tәşkilatlarının sәnәd vә aktlarını hәmin dövlәtdә leqallaşdırmaq sәlahiyyәtinә malik şәxslәrin imza vә möhür nümunәlәri olmalıdır.
-
Leqallaşdırılmaq üçün verilmiş sәnәdlәrdә konsulluğun yerlәşdiyi dövlәtin qanunlarına uyğunluğu baxımından şübhә yaranarsa, konsul onun aydınlaşdırılması üçün rәsmi surәtdә yerli hakimiyyәt orqanlarına vә ya hüquq mәslәhәtxanasına müraciәt edir.
-
Azәrbaycam Respublikasında tәrtib edilmiş, lakin Azәrbaycan XİN vasitәsilә sәnәdlәrin sorğu edilmәsi qaydasında leqallaşdırılmamış sәnәdlәr vә aktlar konsulluğa daxil olarsa vә qәbul edәn dövlәtin qanunlarına әsasәn bu sәnәdlәrin vә aktların leqallaşdırılması tәlәb edilərsә, konsul onları leqallaşdırır, maraqlı şәxslәrә, idarə vә tәşkilatlara verir.
-
Konsulluğa, ayrı-ayrı vәtәndaşlardan, idarәlәrdәn vә tәşkilatlardan Azәrbaycan Respublikasında tәrtib edilmiş, lakin Azәrbaycan Respublikası Xarici İşlәr Nazirliyi tәrәfindәn leqallaşdırılmamış sәnәdlәr vә aktlar daxil olduqda, konsul bu sәnәdlәrin hәqiqiliyini müәyyәnlәşdirmək üçün onları Azәrbaycan Respublikasına köndәrmәlidir. Müsbət cavab alındığı tәqdirdә konsul belә sәnәdlәri ümumi qaydada leqallaşdırır.
Sәnәd vә aktların Azәrbaycan Respublikasında leqallaşdırılması
Azәrbaycan Respublikası Xarici İşlәr Nazirliyinin Konsulluq İdarәsi xarici ölkәlәrin idarә vә tәşkilatlarına, hüquqi vә fiziki şәxslәrinә mәxsus sәnәdlәri hәmin dövlәtlәrin Azәrbaycan Respublikasındakı Sәfirliklәrində vә ya Konsulluqlarında, istisna hallarda isә, Azәrbaycan Respublikasında belә nümayәndәliyi olmayan dövlәtlərin Xarici İşlәr Nazirliyindә leqallaşdırıldıqdan sonra leqallaşdırır.
Azәrbaycan Respublikası Xarici İşlәr Nazirliyinin Konsulluq İdarәsindә xarici dövlәtlәrin Azәrbaycan Respublikasındakı Sәfirliklәrinin leqallaşdırmağa sәlahiyyәtli şәxslәrinin imza vә möhür nümunәlәri olmalıdır.
-
Azәrbaycan Respublikası Xariçi İşlәr Nazirliyinin Konsulluq İdarәsindә Azәrbaycanda sәfirliklәri və konsulluqları olmayan xarici dövlәtlәrin Xarici İşlər Nazirliklәrinin möhür vә rәsmi sәnәdlәri imzalamağa sәlahiyyәtli şәxslәrinin imza nümunәlәri olmalıdır.
-
Azәrbaycan Respublikası Xarici İşlәr Nazirliyinin Konsulluq İdarәsi eyni zamanda Azәrbaycan Respublikasının idarә vә tәşkilatlarına, fiziki vә hüquqi şәxslәrinә mәxsus vә xaricdә tәqdim edilmәsi nәzәrdә tutulmuş sәnәdlәri və aktları leqallaşdırır
-
Azәrbaycan Respublikası Xarici İşlәr Nazirliyinin Konsulluq İdarәsindә Azәrbaycan Respublikasının VVAQ orqanları tәrәfindәn verilәn vәtәndaşlıq vәziyyәti haqqında şәhadәtnamәlәr, hәmçinin әcnәbilәrә verilәn Azәrbaycan Respublikasının tәhsil diplomlarının әsli leqallaşdırılır. VVAQ şәhadәtmamәlәri vә diplomlar xarici olkәlәr üçün nәzәrdә tutulmuş müvafiq seriyalı blanklarda tәrtib edildiyi vә həqiqiliyi şübhә doğurmadığı tәqdirdә leqallaşdırılır.
-
Azәrbaycan Respublikası Xarici İşlәr Nazirliyinin Konsulluq İdarәsindә leqallaşdırılmalı olan sәnәdləri və aktları notarial qaydada tәsdiq etmәk sәlahiyyәtinә malik məsul şәxslәrin möhür vә imza nümunәlәri olmalıdır.
-
Bu tәlimata әsasәn aparılan leqallaşdırmaya görə Azәrbaycan Respublikasının konsulluq yığımları tarifinә müvafiq surәtdә konsulluq rüsumu tutulur.
Sənədlərin leqallaşdırılması
Əcnəbilər üçün:Leqallaşdırılma üçün səfirliyə təqdim olunacaq sənəd səlahiyyətli tərcüməçi tərəfindən Azərbaycan dilinə tərcümə olunmalıdır. Ərizəçilərə tövsiyə olunmalıdır ki, sənədlər həmçinin:
-
Notarius tərəfindən təsdiq edilsin;
-
Öz Xarici İşlər Nazirlikləri tərəfindən təsdiq edilsin.
Azərbaycan vətəndaşları üçün:
Leqallaşdırılmaq üçün Səfirliyə təqdim olunacaq sənəd səlahiyyətli tərcüməçi tərəfindən ingilis dilinə tərcümə olunmalıdır. Ərizəçiyə tövsiyə olunmalıdır ki, sənədlər həmçinin:
-
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilsin;
-
Sənədlər və tərcümələr çap şəklində olsun.