İkitərəfli münasibətlərin yaradılması haqqında məlumat
Litva Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biridir (20 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ilin noyabr ayının 27-də qurulub. 2007-ci ilin 3 aprel tarixində Litvanın Azərbaycanda, 6 sentyabr 2007-ci ildə isə Azərbaycanın Litvada səfirliyi açılıb.
İkitərəfli münasibətlərin müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Litva Respublikası arasında 35 sənəd imzalanıb, 9 sənəd baxılmaqdadır. İmzalanmış mühüm sənədlər aşağıdakılardır:
-
“Azərbaycan Respublikası Prezidenti və Litva Respublikası Prezidentinin Birgə Bəyannaməsi”. Bakı, 8 iyun 2006-cı il. Azərbaycan Respublikasının 276-IIIQ saylı, 10 aprel 2007-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir.
-
“Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qorunması haqqında Saziş”. Bakı, 8 iyun 2006-cı il. Azərbaycan Respublikasının 277-IIIQ saylı, 10 aprel 2007-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir.
-
“Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannaməsi”. Vilnüs, 13 sentyabr 2007-ci il. Azərbaycan Respublikasının 496-IIIQ saylı, 7 dekabr 2007-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir.
-
Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş. Vilnüs, 13 sentyabr 2007-ci il. Azərbaycan Respublikası Prezidentinin 2510 saylı, 23 noyabr 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
-
“Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”. Vilnüs, 13 sentyabr 2007-ci il. Azərbaycan Respublikası Prezidentinin 2510 saylı, 23 noyabr 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
-
“Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında iqtisadiyyat, sənaye və enerji sahələrində əməkdaşlıq haqqında Saziş”. Bakı, 21 aprel 2008-ci il. Azərbaycan Respublikası Prezidentinin 2876 saylı, 20 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
Əsas yüksək səviyyəli görüşlər
Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlər dinamik inkişaf etməkdədir. Hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər. Son illərdə iki dövlət arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr uğurla inkişaf edir və nəzərə çarpacaq dərəcədə fəallaşır.
Litva Respublikası Prezidenti Valdas Adamkusun 8-9 iyun 2006-cı il tarixlərində Azərbaycana rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Prezidenti və Litva Respublikası Prezidentinin Birgə Bəyannaməsi”, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri zamanı 13 sentyabr 2007-ci ildə Vilnüsdə qəbul olunmuş “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannaməsi”, o cümlədən 7 aprel 2009-cu il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Litva Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi dialoqun gücləndirilməsi və əməkdaşlıq haqqında Memorandum” ikitərəfli münasibətlərə əsaslı zəmin yaradan və əlaqələrimizi tənzimləyən əsas sənədlərdəndir.
Dövlət başçıları:
2005-ci il 13 oktyabr |
Litva Respublikasının Prezidenti V.Adamkusun Əfqanıstandan qayıdarkən yolu səfəri |
2006-cı il 8-9 iyun |
Litva Respublikasının Prezidenti V.Adamkusun rəsmi səfəri |
2007-ci il 19-21 iyun |
Litva Respublikasının Prezidenti V.Adamkusun GUAM sammitində iştirak etmək məqsədilə işgüzar səfəri |
2007-ci il 13-14 sentyabr |
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin rəsmi səfəri |
2007-ci il 10-11 oktyabr |
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin Vilnüs Enerji sammitində iştirak etmək məqsədilə işgüzar səfəri |
2008-ci il 13-14 noyabr |
Litva Respublikasının Prezidenti V.Adamkusun Bakı Enerji Sammitində iştirak etmək məqsədilə işgüzar səfəri |
2011-ci il 2-3 may |
Litva Respublikasının Prezidenti D.Qribauskaytenin rəsmi səfəri |
2013-cü il 28-29 noyabr |
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin Vilnüs Sammitində iştirak etmək məqsədilə işgüzar səfəri |
Hökumət başçıları:
2004-cü il 1-3 aprel |
Azərbaycan Respublikasının Baş naziri A.Rasizadənin rəsmi səfəri |
2008-ci il 21-22 aprel |
Litva Respublikasının Baş naziri G.Kirkilasın rəsmi səfəri |
2013-cü il 7-9 aprel |
Litva Respublikasının Baş naziri A.Butkyaviçyusun Bakı Dünya İqtisadi Forumunda iştirak etmək məqsədilə işgüzar səfəri |
Parlament sədrləri:
2005-ci il 5-7 iyun |
Litva Respublikası Seyminin sədri A.Paulauskasın rəsmi səfəri |
2009-cu il 14-16 may |
Azərbaycan Respublikası Milli Məclisin sədri O.Əsədovun rəsmi səfəri |
2011-ci il 8-11 fevral |
Litva Respublikası Seyminin sədri İ.Dequtienenin rəsmi səfər |
2017-ci il 18-22 oktyabr |
Litva Seymi sədrinin müavini İrena Şiauliene Azərbaycana səfəri |
Nazirlər:
2001-ci il 22-28 oktyabr |
Azərbaycan Respublikasının ədliyyə naziri F.Məmmədovun səfəri |
2002-ci il 8-10 aprel |
Litva Respublikasının xarici işlər naziri A.Valionisin Avropa Şurasının Nazirlər Komitəsinin sədri qismində səfəri |
2002-ci il 27-29 avqust |
Azərbaycan Respublikasının müdafiə naziri S.Əbiyevin səfəri |
2002-ci il 25-29 sentyabr |
Litva Respublikasının ədliyyə naziri V.Markyaviçin səfəri |
2003-cü il 15-16 may |
Litva Respublikasının milli müdafiə naziri L.Linkevicüsün səfəri |
2007-ci il 2-3 oktybar |
Litva Respublikasının milli müdafiə naziri Y.Olekasın səfəri |
2007-ci il 25-28 oktyabr |
Litva Respublikasının sosial təhlükəsizlik və əmək naziri V.Blinkeviçiutenin səfəri |
2008-ci il 2-3 dekabr |
Litva Respublikasının mədəniyyət naziri J.Juçasın Mədəniyyət nazirlərinin konfransında iştirak etmək məqsədilə səfəri |
2009-cu il 7-8 aprel |
Litva Respublikasının xarici işlər naziri V.Uşatskasın rəsmi səfəri |
2009-cu il 17 oktyabr |
Litva Respublikasının xarici işlər naziri V.Uşatskasın Əfqanıstandan qayıdarkən yolüstü səfəri |
2011-ci il 13-14 mart |
Litva Respublikasının xarici işlər naziri A.Ajubalisin ATƏT-in Fəaliyyətdə olan sədri qismində səfəri |
2011-ci il 19-22 aprel |
Litva Respublikasının daxili işlər naziri R.Palaitisin səfəri |
2011-ci il 6 dekabr |
Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarovun ATƏT XİNŞ-in 18-ci iclasında iştirak etmək məqsədilə səfəri |
2012-ci il 1-2 aprel |
Litva Respublikasının xarici işlər naziri A.Ajubalisin səfiri |
2012-ci il 19-26 iyun |
Azərbaycan Respublikasının təhsil naziri M.Mərdanovun səfəri |
2012-ci il 5-6 sentyabr |
Litva Respublikasının daxili işlər naziri A.Melianasın səfəri |
2012-ci il 10-11 sentyabr |
Azərbaycan Respublikasının müdafiə naziri S.Əbiyevin səfəri |
2012-ci il 18-21 oktyabr |
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Ə.Qarayevin səfəri |
2012-ci il 4-5 noyabr |
Litva Respublikasının nəqliyyat və kommunikasiya naziri E.Masiulisin “BakuTel-2012” Beynəlxalq Sərgidə iştirak məqsədilə səfəri |
2013-cü il 6 mart |
Litva Respublikasının xarici işlər naziri L.Linkyaviçüsun səfəri |
2013-cü il 3 iyul |
Azərbaycan Respublikasının fövqəladə hallar naziri K. Heydərovun səfəri |
2013-c ü il 29 noyabr |
Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Ş.Mustafayevin Vilnüs Sammiti çərçivəsində keçirilmiş iqtisadi tədbirdə iştirak etmək məqsədilə səfəri |
2014-cü il 4 aprel |
Litva Respublikasının iqtisadiyyat naziri Evaldas Qustasın Bakı Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak məqsədilə səfəri |
2014-cü il 14 aprel |
Litva Respublikasının daxili işlər naziri D.Alfonsas Barakauskasın rəsmi səfəri |
2014-cü il 3-6 iyun |
Litva Respublikasının energetika naziri Y.Neveroviçin “Xəzər Neft və Qaz 2014” 21-ci Beynəlxalq Sərgi və Konfransda iştirak məqsədilə səfəri |
2014-cü il 8 oktyabr |
Litva Respublikasının milli müdafiə naziri Y.Olekasın Azərbaycana səfəri |
2014-cü il 15-16 oktyabr |
Litvanın nəqliyyat və kommunikasiya naziri R.Sinkevicüsün “Bakı-Tbilisi-Qars dəmir yolu xətti – İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar” Beynəlxalq Konfransda iştirak məqsədilə səfəri |
2014-cü il 21 oktyabr |
Litvanın xarici işlər naziri L.Linkeviçüs Azərbaycana rəsmi səfəri |
2015-ci il 1-2 iyul |
Azərbaycan Respublikasının müdafiə naziri Z.Həsənovun Litvaya rəsmi səfəri |
2017-ci il 24-25 aprel |
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi səfəri |
2011-ci ilin 8 aprel tarixində Azərbaycanın Milli Məclisində Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. Qrupun əvvəlki rəhbəri Fuad Muradov idi. 2015-ci il Parlament seçkilərindən sonra hazırki qrup rəhbəri Kamran Nəbizadədir. 2012-ci ilin 28 oktyabr tarixində yeni seçilmiş Litva Seymində 21 deputatdan ibarət Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrup yaradılmışdır. 2015-ci ilin sonuna qrupun üzvlərinin sayı 51 nəfərə çatmışdır. Qrupun sədri Yuras Pojeladır.
2011-ci il 23-25 noyabr Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri F.Muradovun səfəri
2013-cü il 18-19 sentyabr Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri F.Muradovun səfəri
2016-cı il 15-19 may Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri K.Nəbizadənin səfəri
İqtisadi əməkdaşlıq:
Azərbaycan Respublikası ilə Litva Respublikası arasında iqtisadi sahədə əlaqələr inkişaf etməkdədir. İki ölkə arasında sənaye və energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya texnologiyaları, gömrük sahəsində əməkdaşlıq mövcuddur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Litvanın “Klaypedos Nafta” SC şirkəti ilə “Sarmatia” birgə müəssisəsi çərçivəsində uğurlu əməkdaşlıq edir. Azərbaycan Respublikasının “Teleradio” İB və Litva Respublikasının “Vigintos Elektronika”, “TV and Communication sistems” və “TERRA” şirkətləri arasında əməkdaşlıq edilir. Bundan əlavə, Litva Respublikasının dövlət qurumları Azərbaycanda həyata keçirilən Tvininq layihələrində iştirak edirlər.
2012-ci ildə Litva Respublikasının nəqliyyat və kommunikasiya naziri E.Masiulis, 2014-cü ildə Litvanın iqtisadiyyat naziri E.Qustas, energetika naziri Y.Neveroviç, nəqliyyat və kommunikasiya naziri R.Sinkevicüs Azərbaycana işgüzar səfərlər etmişlər. Müxtəlif vaxtlarda iki ölkə arasında iqtisadi sahədə çoxsaylı görüşlər və biznes forumlar keçirilmişdir. Eyni zamanda Litva şirkətləri Azərbaycanda keçirilən sərgi və konfranslarda iştirak etmişlər.
Azərbaycan Respublikası Statistika Komitəsinin məlumatına əsasən 2014-cü ildə Azərbaycan Respublikasının Litva Respublikası ilə ticarət dövriyyəsinin həcmi 30,4 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 29,7 mln. ABŞ dolları, ixracın həcmi 0,7 mln. ABŞ dolları təşkil etmişdir. İdxalın əsas strukturunu mühərrik benzinləri, dərman vasitələri, poçt və aksiz markaları, mebel, süd məmulatları təşkil etmişdir. İxracın əsas strukturunu isə daxiliyanma mühərriklərində yanacaq və yağların süzülməsi üçün avadanlıqlar, sintetik parçalar, reaktiv mühərrik üçün kerosin yanacağı, meşə fındığı təşkil etmişdir.
Azərbaycan Respublikası ərazisində 12 Litva şirkəti qeydiyyatdan keçmişdir. Bu şirkətlər maşın və avadanlıqların təmiri, telekommunikasiya, proqram təminatı sahələrində fəaliyyət göstərirlər.
Azərbaycan Respublikası Prezidentinin 2876 saylı, 20 iyun 1908-ci il tarixli “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında iqtisadiyyat, sənaye və enerji sahələrində əməkdaşlıq sahələrində Saziş”in icrasını və iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 1909-cu il tarixində imzaladığı 579 nömrəli Sərəncama əsasən iki ölkə arasında ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibi təsdiq edilmişdir. Azərbaycan tərəfindən komissiyanın həmsədri vergilər naziri F.Məmmədov təyin edilmişdir. Litva tərəfindən həmsədr xarici işlər naziri L.Linkyaviçüsdür. Komissiyanın 1-ci iclası 26 may 2010-cu il tarixində Vilnüsdə, 2-ci iclası 2 aprel 2012-ci il tarixində Bakıda və sonuncu 3-cü iclası 28 iyun 2013-cü ildə Vilnüs şəhərində və 4-cü iclası isə 22 oktyabr 2014-cü ildə Şəmkir şəhərində keçirilmişdir.
İkitərəfli əməkdaşlığın digər sahələri:
Azərbaycan Respublikası ilə Litva Respublikası arasında humanitar sahədə əməkdaşlıq inkişaf etməkdədir və iki ölkə arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci ilin 13-14 sentyabr tarixlərində Litva Respublikasına rəsmi səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş” və 12 iyul 2010-cu il tarixində Bakıda Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı Səfirliyi arasında imzalanmış “Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı Səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu” iki ölkə arasında humanitar sahənin inkişafına böyük təkan vermişdir. Bu sənədlərdə ölkələr arasında mədəniyyətin bütün sahələrinin, o cümlədən elm, təhsil, gənclər, ictimai və qeyri hökumət təşkilatların inkişafı nəzərdə tutur.
Azərbaycan Respublikası və Litva Respublikası arasında dostluq əlaqələrinin inkişafında iki ölkənin təhsil sahəsində əməkdaşlığı xüsusi yer tutur. Azərbaycan və Litvanın öndə gedən ali təhsil və elm müəssisələri arasında birbaşa əlaqələr yaradılmışdır. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ilində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na Litva Respublikasının daha üç universiteti (Sağlamlıq Elmləri üzrə Litva Universiteti, Vyantas Maqnus Universiteti və Vilnüs Gediminas Texniki Universiteti) daxil olunmuşdur.
2014-2015-cü tədris ilində Litvanın ali təhsil məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı 206 nəfərə çatmışdır. Bundan əlavə, 4 nəfər tələbə mübadilə proqramı çərçivəsində təhsillərini Litvanın ali təhsil məktəblərində davam etdirirlər.
Litvada səkkiz Azərbaycan diaspor təşkilatı qeydiyyatından keçmişdir. Qeyd olunan təşkilatlar arasında “Günəş” Assosiasiyası və “Azəris” Klaypeda regionunun Azərbaycan Cəmiyyəti Novruz bayramı ilə bağlı tədbirlər keçirirlər.
Litvada 2011-ci ildə aparılmış siyahıya almaya görə ölkədə yaşayan azərbaycanlıların sayı 648 nəfər olmuşdur. Bundan əlavə, Litva ali məktəblərində 190-dən artıq azərbaycanlı tələbə təhsil alır.
Litvada əsas diaspor təşkilatı qismində Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL) fəaliyyət göstərir. AYOL 2012-ci ildə yaradılmış və 2013-cü ildə qeydiyyatdan keçmişdir. AYOL əsasən Litvada təhsil alan azərbaycanlı tələbələri özündə birləşdirir. Yaranmasından az müddət keçməsinə baxmayaraq, AYOL artıq Litvanın öndə gələn QHT, gənclər qurumları, eləcə də Azərbaycanın bir sıra gənclər təşkilatları ilə sıx əməkdaşlıq edir, Litvada müxtəlif tədbirlər keçirir.