news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 iyun 2021

Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə

Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılsın.
  2. 2. Müəyyən edilsin ki:
    2.1. 2021-ci il 31 may saat 06:00-dan:
    2.1.1. açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan
    fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə
    edilməsi tələbi ləğv edilir;
     2.1.2. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa
    edilir;
    2.1.3. ölkənin şəhər və rayonlarından yerüstü və hava
    nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir;
     2.2. 2021-ci il 10 iyun saat 00:00-dan aşağıdakı iş və xidmət
    sahələrinin fəaliyyəti bərpa edilir:
    2.2.1. dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə
    tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox
    olmamaqla);
    2.2.2. iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər
    əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla);ncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla);
    2.2.3. bu Qərarın 2.3-cü bəndi nəzərə alınmaqla idman və
    sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi
    vasitələrdən istifadə tələbi olmadan);
    2.2.4. çimərliklərin və onların ərazisində yerləşən hovuzların,
    su attraksionlarının və idman oyunu yerlərinin;
    2.3. yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və
    sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu
    (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya
    COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq
    immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər;
    2.4. 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya
    COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və
    xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya
    sertifikata malik olması tələb olunur;
     2.5. bu Qərarın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan iş
    və xidmət sahələrində koronavirus infeksiyasına qarşı Azərbaycan
    Respublikası Nazirlər Kabinetinin qərarları ilə, həmçinin digər dövlət
    orqanları (qurumları) tərəfindən müəyyən edilmiş bütün tələblərə və
    metodiki göstərişlərə əməl edilməsi məcburidir;
    2.6. 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı
    şəhərində keçiriləcək 4 oyununda məhdud sayda tamaşaçının
    iştirakına icazə verilir;
    2.7. bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və
    vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və
    Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət
    daşıyırlar.
  3.  “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddələr 1209, 1231, № 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315, № 11, maddələr 1387,1394, № 12, maddələr 1588, 1592, 1612; 2021, № 1, maddələr 92,3
    106; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 3 mart tarixli 48 nömrəli, 19 mart tarixli 71, 72 nömrəli və 19 aprel tarixli 100 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:
    3.1. 1.1-ci bənddə “1 iyun” sözləri “1 avqust” sözləri ilə əvəz
    edilsin;
  4. 3.2. 1.1.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
    “1.1.15. 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək,
    13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat
    00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun
    saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində
    sərnişindaşıma fəaliyyətinin dayandırılması.
    4. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi
    vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası
    Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarında
    (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5,
    maddə 660) aşağıdakı dəyişikliklər edilsin:
    4.1. 1.2-ci bəndə “bazarlarda” sözündən əvvəl “qapalı” sözü
    əlavə edilsin;
    4.2. 1.7-ci və 1.8-ci bəndlər ləğv edilsin.
    5. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi
    vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
    Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli
    451 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
    Toplusu, 2020, № 11, maddə 1395) ləğv edilsin.
    6. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə”
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr
    tarixli 336 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu
    Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.
    7. Bu Qərar 2021-ci il 31 may saat 06:00-dan qüvvəyə minir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 26 may 2021-ci il

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti