Məhkumluq haqqında arayışların verilməsi

Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.

Müvafiq arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

  1. Vətəndaşın ərizəsi (Ərizədə: ərizəçinin soyadı, adı, atasının adı,doğulduğu yer, tarix, vətəndaşlığı və yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və orqan qeyd olunmalıdır). Ərizə forması konsulluqda doldurulur;

  2. Ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti (pasport, şəxsiyyət vəsiqəsi);

  3. Sənədin sorğu əsasında alınmasına müraciət forması və ya E-polis mobil tətbiqindən QR-kodlu alınmış arayışın kesrkopiyası;

  4. Dövlət rüsumunun ödənilməsi barədə qəbz.

Qeyd: Hər bir şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti