2016-12-06

Azərbaycanın Litvadakı səfirliyi Vilnüsdə xeyriyyə yarmarkasında iştirak edib

Vilnüs şəhər Ratuşasında Milad bayramı münasibətilə 14-cü xeyriyyə yarmarkası keçirilib.

Yarmarkada Litvada akkreditə olunmuş 34 ölkənin səfirliyi və ictimai təşkilatlar iştirak edib. Azərbaycanın Litvadakı səfirliyindən APA-ya bildirilib ki, yarmarkanın keçirilməsində məqsəd litvalıların ölkədə akkreditə olmuş xarici dövlətlərin tarixi, mədəniyyəti və mətbəxi ilə yaxından tanış olmaları, o cümlədən  iştirakçılar tərəfindən satışa çıxarılan milli suvenirlərdən əldə olunan vəsaitlərin Litvanın uşaq evlərinə, uşaq xəstəxanalarına keçirilməsi olub.

Azərbaycan üçün ayrılmış stenddə milli suvenirlər, xalçalar, kəlağayılar, ölkəmizlə bağlı şəkillər, kitablar, bukletlər, şirniyyatlarımızdan paxlava və şəkərbura, yuxa, narşərab, həmçinin meyvə şirələri, mineral sular sərgilənib 
 
Tədbiri Litvanın sabiq prezidenti Valdas Adamkus açıb. Açılış mərasimindən sonra Azərbaycan stendinə yaxınlaşan Litva rəsmilərini səfir Həsən Məmmədzadə qarşılayıb, stenddə nümayiş olunan məhsullar haqqında qısa məlumat verib.

Arxiv üzrə axtarış