Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.
Müvafiq arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:
-
Vətəndaşın ərizəsi (Ərizədə: ərizəçinin soyadı, adı, atasının adı,doğulduğu yer, tarix, vətəndaşlığı və yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və orqan qeyd olunmalıdır). Ərizə forması konsulluqda doldurulur;
-
Ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti (pasport, şəxsiyyət vəsiqəsi);
-
Sənədin sorğu əsasında alınmasına müraciət forması və ya E-polis mobil tətbiqindən QR-kodlu alınmış arayışın kesrkopiyası;
-
Dövlət rüsumunun ödənilməsi barədə qəbz.
Qeyd: Hər bir şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.