news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 yanvar 2016

Azərbaycan Litvanın “Kitab Miladı” aksiyasında təmsil olunub

Litva Prezidenti Dalya Qribauskaytenin təşəbbüsü ilə keçirilən “Kitab Miladı” bütün ölkəni sıx birləşdirib, kütləvi və məktəb kitabxanaları üçün 50 min yeni kitab toplamağa kömək edib.

Azərbaycanın Litvadakı səfirliyi də öz ənənəsinə sadiq qalaraq uşaq və gənclər kitablarını oxumağa və hədiyyə etməyə çağıran beşinci “Kitab Miladı”nı dəstəkləyib.

Birinci dəfə start götürmüş “Kitab Miladının könüllüləri” təşəbbüsü bir neçə min kitab həvəskarını bir araya gətirmiş, uşaq və qocalar evlərində, ictimai və ailə mərkəzlərində mütaliənin təşkilinə kömək etmişdi.

Prezidenti Dalya Qribauskayte deyib: “Kitab Miladı” aksiyası ölkədə kitabsevərləri birləşdirən ümumi hərəkata çevrilib. Əsas odur ki, kitab sosial təcridi aradan qaldırmağa, kitaba ehtiyacı olan insanlarla ünsiyyət qurmağa kömək edir. Minlərlə yeni kitab oxucuları sevindirəcək və Dicyasalisdən Skuodasadək ən ucqar kitabxanalara veriləcək. Aksiyada fəal iştirak edənlərə dərin təşəkkürümü bildirirəm”.

“Kitab Miladı” aksiyasının mövcud olduğu beş il ərzində ölkənin kitabxanalarına 172 mindən çox kitab hədiyyə edilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti