news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 iyul 2017

Azərbaycan səfirliyi Litvada ermənilərin təxribatının qarşısını alıb

Litvada ermənilərin təxribatının qarşısı alınıb.

Azərbaycanın Litvadakı səfirliyindən APA-ya bildirilib ki, iyulun 5-də Ermənistanın Litvadakı səfirliyinin Litva-Ermənistan Alyansı ilə birgə Vilnüs şəhərinin “Vartai” (Qapı) sərgi qalereyasında “Artsax: köhnə diyarda yeni dövlət” adlı sərgi təşkil etdiyini və sərgidə Azərbaycanın işğal altındakı ərazilərinə dair şəkillərin nümayiş olunduğunu aşkarlayıb.

Məsələ ilə bağlı səfirlik dərhal Litva XİN-ə müvafiq müraciət ünvanlayıb, qalereyanın rəhbərliyi ilə görüşüb.

Görüşdə BMTATƏTNATO və digər beynəlxalq təşkilatların Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığı, həmçinin Ermənistan tərəfindən Dağlıq Qarabağın və ətraf 7 rayonun işğalı beynəlxalq hüquq  normalarına, humanizm prinsiplərinə və dövlətlərin ərazi bütövlüyünə qarşı yönəlmiş fakt kimi qiymətləndirildiyini diqqətə çatdırılmışdır. Azərbaycanın ərazisindəki  işğalçı rejimin siyasi təbliğatı məqsədini daşıyan təxribat xarakterli sərginin qalereyada nümayiş edilməsinin birbaşa Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldiyi və tam olaraq Litvanın rəsmi mövqeyinə zidd olduğu vurğulanıb. Sərginin Azərbaycan – Litva arasındakı dostluq münasibətlərinə xələl gətirdiyi vurğulanaraq, şəkillərin yığışdırılması xahiş edilib.

Qalereyanın rəhbəri onlara məxsus sərgi salonunda Azərbaycana qarşı yönəlmiş tədbirin keçirilməsindən təəssüflədiyini bildirib. O, ermənilər tərəfindən sərginin mahiyyəti haqqında düzgün məlumat verilmədiyindən, eləcə də qalereyanın adının təhrif edilərək “Vartai” (Qapı) əvəzinə “Menu vartai” (İncəsənət qapısı) kimi yazılmasından özünü aldadılmış hiss etdiyini vurğulayaraq, qısa müddətdə səkillərin yığışdırılacağını deyib.

Bundan yarım saat sonra şəkillər yığışdırılıb və salona giriş bağlanıb. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti