news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 fevral 2017

Azərbaycanın Litvadakı səfiri Seymin sədr müavini ilə görüşüb

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litva Seyminin sədr müavini, Avropa işləri üzrə komitənin rəhbəri Qediminas Kirkilasla görüşüb.

Səfirlikdən APA-ya bildirilib ki, görüş zamanı Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunub. Səfir Azərbaycan - Litva parlamentlərarası əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib. 2016-cı ilin oktyabr ayında Litva Seyminə keçirilmiş seçkilərdən sonra Azərbaycanla parlamentlərarası əlaqələr üzrə yeni yaradılmış qrupun üzvlərinin sayının artaraq 66 nəfərə çatdığını və bunun da Seymdə üzvlərinin sayına görə ən böyük qrup olduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq səfir Ermənistandan başqa bütün dünya ölkələri bu ərazilərin Azərbaycana məxsus olduğunu qəbul etdiyini, işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərdən çəkilməsini ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə və AŞPA-nın qəbul etdiyi qətnamələrə, xüsusilə də 2005-ci ildə qəbul edilmiş 1416 saylı qətnaməyə Ermənistan tərəfindən hələ də əməl olunmadığını və Ermənistanda hökm sürən rejiminin nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe nəticəsində münaqişənin həllinin mümkün olmadığını qarşı tərəfin diqqətinə çatdırıb.

Seymin sədr müavini Litvanın rəsmi mövqeyini təkrarlayaraq, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayıb, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti