news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 sentyabr 2016

Azərbaycanın Litvadakı səfirliyində seçki məntəqəsi açılıb

Bakı - APA. Konstitusiyaya dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar ümumxalq səsverməsində (referendumda) Litvada daimi və ya müvəqqəti yaşayan həmvətənlərimizin iştirakının təmin edilməsi məqsədilə 16 saylı Yasamal ikinci seçki dairəsinin Azərbaycanın Litvadakı səfirliyində yaradılmış 38 saylı seçki məntəqəsində səsvermə keçirilir.

Səfirlikdən APA-ya verilən məlumata görə, seçici hüququna malik vətəndaşlar öz seçimlərini etmək üçün səhər saatlarından məntəqəyə gəlir və səsvermədə fəal iştirak edirlər. Referendumun gedişatı ilə bağlı Litvanın “alkas.lt” internet portalı tərəfindən çəkiliş aparılıb.

Referendumda səsvermə davam edir. Azərbaycanın Litvadakı səfirliyində yaradılmış seçki məntəqəsi yerli vaxtla saat 19:00-da bağlanacaq.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti