LITVA RESPUBLIKASINDA YAŞAYAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ DİQQƏTİNƏ
LITVA RESPUBLIKASINDA YAŞAYAN
AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ
DİQQƏTİNƏ
Əziz həmvətənlərimiz,
COVİD-19 yeni növ koronovirus infeksiyasının yayılması ilə bağlı Litva Respublikası ərazisində 2020-ci ilin 13 mart tarixindən 14 aprel tarixinə qədər fövqəladə vəziyyətin elan edilməsi ilə əlaqədar Səfirlik Azərbaycan Respublikası vətəndaşlarına tövsiyə edir:
- COVİD-19 yeni növ koronovirus infeksiyası ilə bağlı Litva Respublikası Hökuməti tərəfindən yayılan rəsmi məlumatlarla və tövsiyələrə ciddi şəkildə əməl edilməsi – aşağıdakı internet səhifələrində tanış ola bilərsiniz.
https://www.urm.lt/default/en/widgets/bannerClick/id.3674
- COVİD-19 yeni növ koronovirus infeksiyasına dair hər hansı sual olacağı təqdirdə Litva Respublikasının Xəstəliklərin qarşısının alınması və Nəzarət Mərkəzinə +370 618 79984 müraciət etmək olar.
- Vətəndaşlarımız arasında yoluxma riskinin mümkün qədərə azaldılması məqsədilə şəxsi gigiyena və təmizlik qaydalarına ciddi əməl edilməsi - əllərin sabunla tez-tez yuyulması, ictimai nəqliyyatdan mümkün qədər az istifadə edilməsi, insanların çox toplaşdıqları qapalı və açıq məkanlara gedilməməsi, dezinfeksiya tərkibli məhlullardan tez-tez istifadə edilməsi.
- COVİD-19 yeni növ koronovirus infeksiyası ilə bağlı vətəndaşlarımızın Səfirliyin konsulluq şöbəsinə iş saatları ərzində +370 62347622 və yaxud 24 saat ərzində +370 62347622 qaynar xətt vasitəsilə müraciət edilə bilər.
- Yaranmış epidemioloji vəziyyətlə əlaqədar Səfirliyin Konsulluq şöbəsi məhdud rejimdə fəaliyyət göstərəcəkdir. Təcili konsulluq məsələləri ilə bağlı vilnius@mission.mfa.gov.az elektron poçt ünvanına müraciət edilə bilər. Edilən müraciətdə vətəndaşımızın adı, soyadı və əlaqə vasitələri mütləq qeyd edilməlidir.
- Hər hansı fövqəladə vəziyyətdə vətəndaşlarımızın operativ qaydada məlumatlandırılması məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının Səfirliyin Konsulluq şöbəsində konsulluq qeydiyyatına düşmələri tövsiyə edilir.
Hörmətlə,
Azərbaycan Respublikasının Səfirliyi
VILNÜS