news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 fevral 2016

Xocalı soyqırımından bəhs edən "Sonsuz Dəhliz" filmi beynəlxalq mükafata layiq görülüb

Müstəqil litvalı rejissor Aleksandras Brokasın rejissoru olduğu “Endless Corridor” ("Sonsuz Dəhliz") sənədli filmi ABŞ-ın “Accolade Film Competition” adlı nüfuzlu kino nəşrinin “Global Film Awards” müsabiqəsinin “Humanitar mükafatı”na layiq görülüb. 

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) "Report"a verilən məlumata görə, həmin mükafat “Müstəsna nailiyyət” nominasiyası üzrə verilib.

"Global Film Awards” dörd unikal film yarışmasını (Accolade Global Film Competition, Best Shorts Competition, IndieFEST Film Awards and IMPACT DOCS Awards) özündə birləşdirir. Onun məqsədi film, televiziya, video və yeni media sahəsində müstəsna nailiyyətləri qiymətləndirməkdir. Bu beynəlxalq müsabiqəyə dünyanın istənilən ölkəsini təmsil edən tanınauş kinorejissorlarla yanaşı kareyra pilləsinin başlanğıcında olan rejissorların filmləri təqdim edilir və qaliblər film sənayesində öz sözünü deyən peşəkar və müstəqil münsiflər heyəti seçir. Builki qaliblər arasında Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Kanada, Litva, Almaniya, İspaniya, Tayvan, Hollandiya, Hindistan, İrlandiya və Avstraliya istehsalı olan filmlər yer alıbr.

"Global Film Awards”ın təqdim etdiyi "Humanitar mükafat”ın məqsədi öz filmlərində siyasi, sosial ədalət, ekoloji, sağlamlıq, vəhşi təbiət və mənəvi mövzuların vacibliyinə toxunan kinorejissorların peşəkarlığının qiymətləndirilməsidir. Qalibəri jürilər il ərzində daxil olan yüzlərlə filmin içərisindən diqqətlə seçilir.

Sözügedən müsabiqə artıq 11 ildir ki, keçirilir. “2015-ci il Humanitar mükafat”a layiq görülən filmlərin siyahısı aşağıdakı keçiddə verilib:http://globalfilmawards.com/about-global-film-awards

“Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində ötən ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, rus, türk, fransız, italyan və alman, ərəb dillərinə tərcümə edilib.

Film Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyasında və İsrailin“Channel 1” televiziya kanalında nümayiş etdirilib.

Xatırladaq ki, filmin premyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak edib. “Sonsuz dəhliz”sənədli filmiprodüserlər Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) çəkib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz səsləndirilib.

Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olan hadisə şahidləri ilə görüşlərində lentə alınan xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak edən şəxslərlə müsahibəsi əsasında qurulub Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilən video-görüntülər və foto-materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti