Litvada daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu

Litva Respublikasında daimi əsaslarla, başqa sözlə Litva Respublikasının müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş daimi yaşamaq icazəsinə və ya daimi yaşamaq statusuna sahib olmasını təsdiq edən digər sənədə malik olan Azərbaycan Respublikası vətəndaşları yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının Litvadakı Səfirliyində konsul uçotuna alınırlar.

 

Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşlarının 16 yaşadək uşaqları valideynlərindən birinin uçot kartoçkasında qeyd olunur.

 

Litva Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınması məqsədilə aşağıdakı sənədləri pasportla birlikdə Azərbaycan Respublikasının Litvadakı Səfirliyinə təqdim etməlidirlər:

 

  1. Doldurulmuş uçot vərəqəsi;

  2. Pasport üçün rəngli fotoşəkil - 1 ədəd;

  3. Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu;

  4. Şəxsiyyət vəsiqəsinin surəti;

  5. Azərbaycan Respublikası vətəndaşının Litvada daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin surəti.

 

Diqqət! Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşı ilə birlikdə Litva Respublikasında daimi yaşayan 16 yaşına çatmamış uşaq olduqda, həmin uşağın doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nikah haqqında şəhadətnaməsinin (olduğu halda) surətləri Səfirliyə təqdim edilməlidir.

 

Litvada daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi tərəfindən aşağıdakı hallarda konsulluq uçotundan çıxarılırlar:

 

  1. Digər ölkəyə və ya Azərbaycan Respublikasının digər ölkələrdəki konsulluq dairəsinə daimi yaşamaq üçün köçən Azərbaycan Respublikası vətəndaşları daimi yaşayış uçotundan çıxmaq üçün müraciət etdikdə;

  2. Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda;

  3. Vəfat etdikdə;

  4. Barələrində itkin düşmə və ya vəfat etmə haqqında məhkəmənin qərarı olduqda.  

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti