news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 noyabr 2025

8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir

Noyabrın 6-da Vilnüsdə Azərbaycanın Litvadakı Səfirliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra tədbirdə çıxış edən səfir Tamerlan Qarayev 8 Noyabr – Zəfər Gününün ölkəmizin tarixində ən parlaq səhifələrdən biri olduğunu vurğulayıb. Bildirib ki, bu, Azərbaycanın tarixi ədaləti bərpa etdiyi və xalqın güclü iradəsinin təcəssüm olunduğu bir gündür.
Səfir qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi və xalqın birliyi sayəsində torpaqlarımızı azad edib, Şuşanın geri alınması ilə 2020-ci il noyabrın 8-i Zəfər Günü kimi tarixə düşüb. Zəfəri bizə yaşadan şəhidlərin fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayır və qazilərə dərin ehtiram göstərilir.
Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsinə və Zəfər Gününə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Rəsmi hissədən sonra milli musiqi nömrələrimizin də səsləndirildiyi ziyafət təşkil olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti